Azərbaycan milli komandası futzal üzrə dünya çempionatının elit-raund mərhələsində bu gün son oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Vitali Borisovun başçılıq etdiyi komanda bağlanış matçında Niderlandın qonağı olacaq.
Qeyd edək ki, A qrupunda mübarizə aparan millimiz 4 xalla sonuncu pillədə qərarlaşıb. Niderlandın isə 6 xalı var və 2-ci yerdədir.
DÇ-2024
Elit-raund
20 dekabr
21.30. Niderland – Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas (hamısı Litva)
Timekeeper: Joern Te Kloeze (Niderland)
Hakim-inspektor: Karel Henyç (Çexiya)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
Almere. Topsportcentrum Arena.