
Futzal üzrə Azərbaycan millisinin DÇ-2028-in əsas mərhələsindəki rəqiblərindən olan Çexiya yığması yoldaşlıq oyunları keçirəcək.
Fanat.Az xəbər verir ki, sözügedən komanda sentyabrda Gürcüstan seçməsi ilə qarşılaşacaq.
Bu barədə Çexiya Futbol Federasiyasının rəsmi saytında məlumat yerləşdirilib. Matçların məkanı və hansı tarixlərdə keçiriləcəyi hələ açıqlanmayıb.
Xatırladaq ki, dünya çempionatının əsas mərhələsinin püşkünə əsasən, Azərbaycan millisi Çexiya və Latviyaya rəqib olub. 12-ci qrupda baş tutacaq oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq. Əsas mərhələnin qrup oyunları 12-21 oktyabr (2026), 2-11 noyabr (2026), 6-9 dekabr (2026) və 22 fevral – 3 mart (2027) tarixlərində keçiriləcək.