20:49 04.06.2026 57

"Biz həm nəticə, həm də oyun baxımından inkişaf etməyə çalışırıq" - Ayxan Abbasov

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Malta və San-Marino ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis belə danışıb:

Çempionatın ağır mövsümündən sonra futbolçuların bu qədər istəkli və motivasiyalı olması bizi sevindirir. Malta və San-Marino ilə iki yoldaşlıq görüşümüz var. Bu oyunlarda bütün futbolçuları iş başında görmək istəyirik. Həm yaxşı oyun, həm də yaxşı nəticə arzulayırıq”.

Baş məşqçi Bakı və Avstriyadakı məşqlərin komandada müsbət təəssürat yaratdığını qeyd edib: “Futbolçularımızın istəyi bizə əlavə inam verir. Hamı başa düşür ki, yoldaşlıq görüşü olsa belə, hər iki oyunda qalib gəlmək istəyəcəyik. Eyni zamanda, bu qarşılaşmalar bütün futbolçulara şans vermək və müəyyən dəyişikliklər etmək baxımından da vacibdir”.

Rəqib seçimindən danışan Ayxan Abbasov bildirib ki, ilkin plan hər iki oyunu Avstriya və ətraf bölgələrdə keçirmək olub. Onun sözlərinə görə, bəzi komandaların təklifləri qəbul etməməsi səbəbindən Malta və San-Marino ilə oyunların keçirilməsi qərara alınıb.

O qeyd edib ki, Millətlər Liqasındakı rəqiblər – Litva və Lixtenşteyn də nəzərə alınıb: “Malta son illərdə inkişaf edən komandalardan biridir. Slovakiya ilə son yoldaşlıq görüşündə də bunu göstərdilər. Bu oyunlarda həm rəqiblərimizi nəzərə alaraq hazırlaşacaq, həm də öz gücümüzü sınayacağıq”.

Ayxan Abbasov Malta ilə əvvəlki görüşlərdə arzuolunan nəticələrin əldə edilmədiyini xatırladıb. Baş məşqçi rəqibi Azərbaycan millisi üçün “tərs komanda” adlandırsa da, sabahkı oyunda qələbə qazanmağa çalışacaqlarını deyib.

Yoldaşlıq görüşlərində nəticənin əhəmiyyəti barədə suala cavab verən baş məşqçi bildirib ki, bu cür oyunlarda rotasiya və eksperimentlər üçün daha geniş imkan yaranır. Bununla yanaşı, o, qələbənin hər zaman vacib olduğunu vurğulayıb: “Futbol elə oyundur ki, harada oynamağından asılı olmayaraq, qalib gəlmək istəyirsən. Biz də həm nəticə, həm də oyun baxımından inkişaf etməyə çalışırıq”.

Ayxan Abbasov əlavə edib ki, San-Marino ilə görüşdə tamamilə fərqli heyətə şans verilməsi planlaşdırılır.

Elvin Cəfərquliyevin durumu ilə bağlı danışan baş məşqçi futbolçu ilə söhbət etdiklərini bildirib. O, Elvinin motivasiyalı olduğunu və gələcək karyerası ilə bağlı düzgün qərar verəcəyinə inandığını söyləyib. Abbasovun fikrincə, milli komandanın üzvü yaxın vaxtlarda yeni klub tapacaq və Millətlər Liqasına qədər oyun praktikası problemi yaşamayacaq. Baş məşqçi Elvin Cəfərquliyevin Azərbaycan futbolu üçün vacib oyunçulardan biri olduğunu da vurğulayıb.

Qeyd edək ki, yığma Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San-Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq hər iki görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

04 İyun 2026
21:33

"Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir" - Emil Balayev

21:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:49

"Biz həm nəticə, həm də oyun baxımından inkişaf etməyə çalışırıq" - Ayxan Abbasov

20:29

"Bayer Leverkuzen" ispaniyalı mütəxəssisə tapşırıldı - RƏSMİ

19:56

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub

19:20

Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlandı

18:47

"Karvan-Yevlax" Kayl Spenslə yollarını ayırdı

18:16

“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib

17:51

Tellur Mütəllimov daha 2 il "Sabah"da

17:24

Murad Musayev "Qəbələ"dən ayrıldı

17:11

"Biz mübarizə aparacağıq, amma..." - Vircil van Deyk gözləntilərini bölüşdü

16:53

"Şou da heyətdə olmalı idi, Maquayr da" - Kayl Uoker

16:17

Tofiq Musayevin UFC-də növbəti döyüşü və rəqibi bəlli oldu

15:58

"Real"ın prezidentliyə namizədinin dedikləri maraqlıdır, amma doğru deyil"

15:26

"Şəfa" Avropa Futbol Klubları təşkilatına üzv qəbul olundu

15:22

Amin Seydiyev bu klubla müqavilə bağladı

15:08

"Sabah" rekordçusu ilə vidalaşdı - RƏSMİ

14:50

FİFA plastik butulkaları yasaqladı

14:34

"Şəfa" forması ilə Premyer Liqada mübarizə aparacaq 5 futbolçunun kimliyi dəqiqləşdi

14:13

Xusanov Asiyanın ən bahalı futbolçusu oldu

13:55

Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurdu

13:37

Almaniya millisi ilə DÇ-yə yollanacaq Braun iki Avropa nəhənginin transfer hədəfidir

13:18

"Çelsi"nin əfsanəsi vəfat etdi

12:59

"Şəfa"nın Ürfan İsmayılovla bağlı yekun qərarı bəlli oldu

12:25

"Qarabağ" bu gecə İtaliyaya yola düşür

11:48

"Şəfa" qızlar komandasını ləğv edir? - Açıqlama

11:30

Peres Mbappe, Vinisius və Bellinqemi "Real Madrid"də nə gözlədiyini açıqladı

11:09

"Şamaxı"da futbolçu qalmadı - 15-ci ayrılıq

10:34

Qrinvud İtaliya nəhəngi ilə 5 illik müqaviləni razılaşdırdı, ancaq...

10:12

Kyellini "Yuventus"un ulduzu ilə bağlı verdikləri yekun qərarı şərh etdi

09:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:30

İsveçrə millisinin qol silahı ABŞ-yə buraxılmadı - SƏBƏB

09:00

AÇ-2026: Azərbaycan millisi 4 il əvvəlki uğuru təkrarlaya biləcək?

02:47

90 milyonluq ulduz "Real Madrid"dən ayrılır

02:19

Mourinyu onu "Real Madrid"ə gətirir

01:49

Xviça Kvarasxeliya sabiq "Qarabağ"lıya elə bir rəy yazdı ki...

01:24

PSJ onun üçün 100 milyon ödəyəcək?

00:43

Ulduz futbolçu "Real Madrid"ə transfer olunmaq üçün tibbi müayinədən keçdi - SON DURUM

03 İyun 2026
23:53

AÇ: Azərbaycan millisi finalda!

23:43

Arda Güler yenə tarix yazdı

Facebookdan bizi izləməyi unutmayın.
X