20:49 04.06.2026 375

"Biz həm nəticə, həm də oyun baxımından inkişaf etməyə çalışırıq" - Ayxan Abbasov

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Malta və San-Marino ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis Macarıstan səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi sayəsində həyata keçirilən jurnalistlərin iştirakı ilə baş tutan tədbirdə belə danışıb:

Çempionatın ağır mövsümündən sonra futbolçuların bu qədər istəkli və motivasiyalı olması bizi sevindirir. Malta və San-Marino ilə iki yoldaşlıq görüşümüz var. Bu oyunlarda bütün futbolçuları iş başında görmək istəyirik. Həm yaxşı oyun, həm də yaxşı nəticə arzulayırıq”.

Baş məşqçi Bakı və Avstriyadakı məşqlərin komandada müsbət təəssürat yaratdığını qeyd edib: “Futbolçularımızın istəyi bizə əlavə inam verir. Hamı başa düşür ki, yoldaşlıq görüşü olsa belə, hər iki oyunda qalib gəlmək istəyəcəyik. Eyni zamanda, bu qarşılaşmalar bütün futbolçulara şans vermək və müəyyən dəyişikliklər etmək baxımından da vacibdir”.

Rəqib seçimindən danışan Ayxan Abbasov bildirib ki, ilkin plan hər iki oyunu Avstriya və ətraf bölgələrdə keçirmək olub. Onun sözlərinə görə, bəzi komandaların təklifləri qəbul etməməsi səbəbindən Malta və San-Marino ilə oyunların keçirilməsi qərara alınıb.

O qeyd edib ki, Millətlər Liqasındakı rəqiblər – Litva və Lixtenşteyn də nəzərə alınıb: “Malta son illərdə inkişaf edən komandalardan biridir. Slovakiya ilə son yoldaşlıq görüşündə də bunu göstərdilər. Bu oyunlarda həm rəqiblərimizi nəzərə alaraq hazırlaşacaq, həm də öz gücümüzü sınayacağıq”.

Ayxan Abbasov Malta ilə əvvəlki görüşlərdə arzuolunan nəticələrin əldə edilmədiyini xatırladıb. Baş məşqçi rəqibi Azərbaycan millisi üçün “tərs komanda” adlandırsa da, sabahkı oyunda qələbə qazanmağa çalışacaqlarını deyib.

Yoldaşlıq görüşlərində nəticənin əhəmiyyəti barədə suala cavab verən baş məşqçi bildirib ki, bu cür oyunlarda rotasiya və eksperimentlər üçün daha geniş imkan yaranır. Bununla yanaşı, o, qələbənin hər zaman vacib olduğunu vurğulayıb: “Futbol elə oyundur ki, harada oynamağından asılı olmayaraq, qalib gəlmək istəyirsən. Biz də həm nəticə, həm də oyun baxımından inkişaf etməyə çalışırıq”.

Ayxan Abbasov əlavə edib ki, San-Marino ilə görüşdə tamamilə fərqli heyətə şans verilməsi planlaşdırılır.

Elvin Cəfərquliyevin durumu ilə bağlı danışan baş məşqçi futbolçu ilə söhbət etdiklərini bildirib. O, Elvinin motivasiyalı olduğunu və gələcək karyerası ilə bağlı düzgün qərar verəcəyinə inandığını söyləyib. Abbasovun fikrincə, milli komandanın üzvü yaxın vaxtlarda yeni klub tapacaq və Millətlər Liqasına qədər oyun praktikası problemi yaşamayacaq. Baş məşqçi Elvin Cəfərquliyevin Azərbaycan futbolu üçün vacib oyunçulardan biri olduğunu da vurğulayıb.

Qeyd edək ki, yığma Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San-Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq hər iki görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

Facebookdan bizi izləməyi unutmayın.
X