21:33 04.06.2026 494

"Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir" - Emil Balayev

Mənə yenidən milli komandaya dəvət olunduğum üçün etimad göstərən hər kəsə təşəkkür edirəm. Uzun müddətdən, təxminən üç ildən sonra yenidən milli komandada yer almaq mənim üçün böyük sevincdir. Bu müddətdə müəyyən zədələrim olub, lakin yenidən yığmanın düşərgəsində olmaqdan məmnunluq duyuram.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev Malta ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, komandada çox yaxşı ab-hava hökm sürür: “Bir neçə gün Bakıda məşq keçdikdən sonra artıq dörd gündür ki, Maltadayıq. Kollektivdə ailə atmosferi hiss olunur. Hesab edirəm ki, bizi maraqlı oyun gözləyir və bunu meydanda nümayiş etdirməyə çalışacağıq”.

Qapıçı millidə qapıçılar arasında rəqabətdən də danışıb: “Şahruddin Məhəmmədəliyevlə rəqabətim hər zaman xüsusi olub. Karyeram ərzində müxtəlif qapıçılarla rəqabət aparmışam, lakin Şahruddinlə münasibətlərimiz fərqlənib. Mövqeyimiz eyni olsa da, daim bir-birimizi dəstəkləmişik. Həm klubda, həm də milli komandada çıxış etdiyimiz dövrlərdə sağlam və dostcasına rəqabət aparmışıq. Buna görə də onunla yenidən eyni komandada olmaq mənim üçün xoşdur. Bu rəqabəti daha çox qardaş rəqabəti adlandırardım. Rza Cəfərov da hazırda milli komandanın düşərgəsindədir. O, son mövsümü icarə əsasında “Qəbələ”də keçirsə də, artıq icarə müddəti başa çatıb və “Neftçi”yə qayıdıb. İnanıram ki, gələcəkdə onun inkişafını və uğurlarını daha yaxından izləyəcəyik”.

Qeyd edək ki, Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X