
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Malta ilə qarşılaşmadan sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis Macarıstan səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilən jurnalistlərə 0:2 hesabı ilə uduzduqları matçla bağlı danışaraq çoxlu qol epizodu yaratdıqlarını vurğulayıb.
"Üzücü məğlubiyyət oldu. Amma 90 dəqiqə yüksək tempdə mübarizə izlədik. Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu. Buna baxmayaraq, çoxlu qol epizodları yaratdıq. Lakin imkanları dəyərləndirmək və bu tempi saxlamaq lazımdır. Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim.
Çünki Millətlər Liqası öncəsi son toplanışımızdır və futbolçuların hamısını izləmək istəyirik. Qol epizodlarına görə sevinsəm də, istifadə etmədiyimiz üçün üzülürük. İnanıram ki, San Marino ilə matçda bu epizodları dəyərləndirə biləcəyik".
Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu iyunun 9-da eyni stadionda San Marino yığmasına qarşı keçirəcək.