Türkiyə milli komandasının noyabr ayında keçirəcəyi yoxlama oyunlarının proqramı açıqlanıb. Fanat.Az xəbər verir ki, "ay-ulduzlular" gələn ay iki sınaq matçına çıxacaq.
Türkiyə millisi noyabrın 9-da səfərdə Rumıniya ilə qarşılaşacaq. Qardaş ölkə ayın 13-də doğma meydanda Albaniyanı sınağa çəkəcək. Qarşılaşmaların başlama vaxtı və keçiriləcəyi stadionlar hələ bəlli deyil.
Qeyd edək ki, Albaniya millisinin kapitanı "Qarabağ"ın futbolçusu Ansi Aqollidi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol