23:54 26.10.2017 2344

AFFA Ertuğrul Sağlamı milliyə gətirir? - MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədov "Report"a müsahibə verib. Baş katib futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki ilə müqavilənin uzadılmamasının səbəbləri və digər məsələlərə aydınlıq gətirib. Müsahibəni oxuculara təqdim edirik:

- Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə müqavilənin uzadılmamasına səbəb nə oldu?
- Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Robert Prosineçki arasında görüş oldu. Azərbaycan futbolunun hazırki vəziyyəti və gələcək perspektivləri geniş müzakirə edildi. Müzakirələr zamanı gördük ki, Prosineçki müqaviləni uzatmağa həvəsli deyil. Elə bizim tərəfdən də mövqe eyni idi.

- AFFA-nın müqaviləni uzatmaqda həvəsli olmamasının səbəbi nə idi?
- Biz ilk növbədə, onu dinləməli idik. Çünki milli komandanın başında o durur. Prosineçkini dinlədikdən sonra müzakirə nəticəsində belə bir nəticəyə gəldik. Hər halda, hər iki tərəfin də böyük arzusu olsaydı, yəqin ki, müqavilə uzadılardı.

- Prosineçki müqaviləni uzatmaq istəməməsini nə ilə əlaqələndirirdi?
- O barədə müzakirələr aparılmadı, səbəblər olmadı. Ona görə də biz AFFA-nın rəsmi saytında qısa və konkret yazmışıq.

- Siz həmişə açıqlamalarınızda baş məşqçinin işindən razılıq ifadə edirdiniz. Necə oldu ki, müqaviləni uzatmamağı məqsədəuyğun saydınız?
- Dünya çempionatının seçmə qrup mərhələsinə yaxşı başlamışdıq. 3 oyundan sonra 7 xalla 2-ci pillədə gedirdik. Qazandığımız xalların bizə final mərhələsinə vəsiqə şansı verə biləcəyini nəzərə alaraq, ümidlərimiz və gözləntilərimiz artmışdı. Sonrakı görüşlərdə uğurlu nəticələrin davamı, demək olar ki, gəlmədi və yekunda 5-ci yeri tutduq. Hərçənd, hədəfimiz bu yox, daha yaxşı nəticə göstərmək idi. Amma rəqəmləri pozmaq olmaz. Statistika göstərir ki, milli komanda Azərbaycan futbolu tarixində ən yaxşı nəticə göstərdi. Rəsmi açıqlamada qeyd olunduğu kimi, AFFA-nın prezidenti baş məşqçiyə "çox sağ ol" dedi. Düşünürük ki, Prosineçki Azərbaycan futboluna müsbət töhfələr verdi. Biz bunu unutmayacağıq.

- Doğrudanmı Prosineçkiyə çoxlu təkliflər var, yoxsa o, şəxsi səbəblərə görə müqaviləsini uzatmaq istəmədi?
- Düşünürəm ki, ona təkliflər var. Hələ milli komandada çalışdığı vaxt da çoxlu təkliflər alırdı. Cavan, yaxşı və təcrübəli mütəxəssisdir. Fikrimcə, dərhal iş tapması problem olmayacaq.

- Onun millidən ayrılmasında maliyyə məsələsi rol oynamadı?
- Maliyyə məsələləri ümumiyyətlə müzakirə olunmadı.

- Prosineçki övladının təhsilinə görə burada qalmaq istədiyini söyləyirdi...
- Bu barədə onun özü ilə danışmaq daha yaxşı olardı. Prosineçki ilin sonuna kimi burada olacaq. Biz açıqlamışıq ki, müqaviləsi uzadılmayacaq. Hazırkı sözləşməsi ilin sonunda bitir. Ona görə hələlik Bakıda olacaq. Oyunlarda da onu görə bilərsiniz. Bu, elə bir məsələdir ki, biz gələcək planlarımızı açıqladıq. Baş məşqçiyə imkan yaratdıq ki, təklifləri rahat dəyərləndirsin. Klublarla və ya milli komandalarla danışıqlıqlar aparsın.

- Baş məşqçinin qalan bir ayının təzminatı ödəniləcək, yoxsa o, bu gündən azaddır?
- Əlbəttə, yox. Onun ilin sonuna kimi müqaviləsi var. Müqavilə uzadılmayacaq.

- Deməli, istəsəniz, noyabrda Prosineçkinin rəhbərliyi altında yoldaşlıq matçı keçirə bilərsiniz...
- Çox güman ki, yoldaşlıq oyunu olmayacaq. Çünki onsuz da planda yox idi. Biz bunu bir neçə ay bundan öncə elan etmişdik. Lakin Prosineçkini daxili çempionat oyunlarında görə biləcəksiniz və biz də hələ ki, iş birliyimizi davam etdiririk.

- İş birliyiniz nədən ibarət ola bilər?
- Hansısa futbolçulara baxa, yeni tövsiyələr verə və gələcək üçün hansısa layihəni təqdim edə bilər. Biz yalnız müqaviləni uzatmırıq. Yoldaşlıq oyunu olsaydı, həmin görüşdə baş məşqçi vəzifəsini yerinə yetirəcəkdi.

- İndi əsas məsələ milliyə kimin gələcəyidir. Yerli, yoxsa xarici mütəxəssis?
- Bu barədə heç nə deyə bilmərəm.

- Yəqin ki, siz Prosineçkinin gedəcəyini bilirdiniz. Vaxt azdır və müəyyən seçimlər etmək lazımdır. Fevrala kimi yoldaşlıq matçı, təlim məşq toplanışı olmalıdır...
- Vaxt az deyil. Kifayət qədər vaxtımız var. Biz tələsmirik. İlin sonuna kimi vaxtımız var.

- Yeni baş məşqçi ilin sonunadək təyin olunacaq?
- Bəli.

- Ertuğrul Sağlamın milli komandaya gəlişi real görünür?
- Düzü, o, namizədlər siyahısında yoxdur. Bilirəm ki, bir müddət əvvəl Bakıya gəlmişdi. Lakin onunla görüşümüz olmayıb. Amma görüşmək istərdim. Bir peşəkar kimi ona həmişə böyük hörmətim olub. Sadəcə, həmin gün Çexiyaya qarşı oyunumuzla bağlı məşğul idim. Stadionda mütləq yaxınlaşıb onunla görüşərdim. Lakin oyun zamanı görüşmək çətindir. Stadion da çox böyükdür. Tribunadakı bir "skayboks"dan digərinə getmək üçün kifayət qədər vaxt lazımdır. Bir tərəfdən də düşünürəm ki, yaxşı ki, görüşmədik. Görüşsəydik, fikirləşəcəkdiniz ki, yüz faiz danışıqlıqlara başlayıblar.

- Özü Rəşad Sadıqovun oyununu izləməyə gəldiyini desə, futbolçunun özü sabiq baş məşqçisi ilə görüşə bilmədiyini deyir. Siz də Sağlamı görə bilməmisiniz. Elə isə türkiyəli mütəxəssis Bakıda kiminlə görüşüb?
- Yəqin ki, futbolçulara baxmağa gəlmişdi. Bizimlə görüşməyibsə, ola bilsin, gələcəkdə öz komandasında görmək istədiyi oyunçuları yaxından izləmək istəyib.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

Facebookdan bizi izləməyi unutmayın.
X