17:12 16.11.2017 2176

Joze Alesio da Silva: “Millidə yeni adlar görəcəksiniz”

Futzal üzrə Azərbaycan millisinin və "Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva affa.az saytına müsahibə verib. Fanat.Az xəbər verir ki, braziliyalı mütəxəssis bir çox məsələlərə aydınlıq gətirib.
 
-Yüksək Liqada I dövrə başa çatdı. Ümumi təəssüratlarınız necədi?
- Dövrəyə "Xəmsə” ilə oyunla yekun vurduq. Böyükhesablı (16:0) qələbə qazandıq və komandada hadisələrin yaxşılığa doğru dəyişdiyini hiss etdim. Topu özümüzdə çox saxladıq, qollar vurduq, müəyyən kombinasiyalar qurduq. Amma bir neçə  məqam var ki, üzərində işləməliyik.
 
- Autsayderlə oyunda bu qədər qol vurdunuz. Ancaq əsas rəqiblərinizlə oyunlarda çox əziyyət çəkdiniz. Hətta "Neftçi” ilə oyunda heç-heçə etdiniz. Komanda istədiyinizi niyə verə bilmir?
- Hər bir oyunun öz xüsusiyyəti var. Əsas rəqiblərimizlə oyunlarda onlar daha çox müdafiəyə çəkilirlər və rəqibə oynamağa imkan vermirlər. Təbii ki, bu cür müdafiə xəttini yarmağın da yollarını tapmalıyıq. Topla, ya da topsuz – meydanda dominantlıq etməliyik. Məşqlərdə bunun üzərində işləyirik, elə narazı qaldığım məqamlar da bununla bağlıdı.
 
- Siz oyunları təkcə "Araz”ın yox, həm də milli komandanın baş məşqçisi kimi izləyirsiniz. Ötən 7 tur ərzində diqqətinizi cəlb edən futzalçılar oldumu?
- Bunu mütləq qeyd etməliyəm ki, çempionatda gərgin mübarizə gedir. "Araz” hər nə qədər favorit hesab edilsə də, müqavimətlə qarşılaşır. İranlı legionerlərin gəlişi, yeni komandaların çempionata qoşulması rəqabəti artırıb. Sualınıza gəldikdə, inanın, sonuncu pillədə qərarlaşan "Xəmsə”nin heyətində belə, bəyəndiyim futzalçı oldu. Digər komandalarda da belə oyunçular var. İndi ad açıqlamaq üçün uyğun zaman deyil, amma diqqətimi cəlb edən futzalçıları millinin Bakıdakı məşqlərinə dəvət edəcəm.
 
- Milli komanda dekabrın 2-dən 7-dək İranda keçiriləcək turnirdə iştirak edəcək. Rəqiblər və təqvim də müəyyənləşib. Bu turnirlərlə bağlı hansı məqamları qeyd etmək istərdiniz?
- İştirakçıların adları turnirin yüksək səviyyədə təşkil edildiyini göstərir. Təsəvvür edin, 4 iştirakçının hamısı FİFA-nın reytinq cədvəlində ilk "10-luq”dadı. Onlardan Rusiya son dünya çempionatının gümüş, İran isə bürünc mükafatçısıdı. Üstəlik, İran millisi Braziliya, Rusiya, İspaniya kimi futzalda hegemonluq edən komandanı məğlub etdi. Azərbaycan da ilk dəfə iştirak etməsinə baxmayaraq, dünya çempionatını ilk "5-lik”də bitirdi. Qazaxıstan isə 1/8 finalda mübarizəni dayandırdı. Bu göstəricilər oyunların hansı müstəvidə keçəcəyinə aydınlıq gətirir. Təxminən 2 aydan sonra qatılacağımız Avropa çempionatının final mərhələsinə hazırlıq baxımından turnir çox faydalı olacaq. Təəssüf ki, hazırlıq keçmək üçün uzun zamanımız olmayacaq. 3-4 gün Bakıda məşqlər edəcəyik, sonra 14 nəfərlik futzalçı heyəti ilə İrana yollanacağıq.
 
- Heyətdə yeni oyunçular olacaqmı?
- Heyət, demək olar, müəyyənləşib. İrana 14 oyunçu aparacağıq. Amma Bakıdakı hazırlıq prosesinə 17 nəfər dəvət etməyi düşünürəm. Əlbəttə, yeni adlar görəcəksiniz.
 
- Kardosa və Xətai Bağırov zədəlidi. Onların hazırkı durumu planlarınıza təsir edəcəkmi?
- Kardosa Avropa çempionatına qədər tam hazır olacaq. O, artıq yüngül məşqlərə başlayıb. Xətai də turnirdə iştirak etməyəcək, amma Avropa çempionatına qədər vaxtı var. Ümid edirəm ki, ona qədər formasını bərpa edib Sloveniyada komandaya kömək edə biləcək.
 
- Ölkə xaricində çıxış edən Vassoura, Fineo və Vitali Borisov turnirə dəvət ediləcəkmi?
- Fineo bu dəfə bizə qoşulmayacaq. Çünki onların oyunları var, həm də yol uzaq olduğuna görə, buna ehtiyac duymuruq. Bura saat fərqini də əlavə etsək, haqlı olduğumu təsdiqləyərsiniz. Vassoura ilə danışmışam, o, 90 faiz turnirdə bizə kömək edəcək. Vitali Borisovun məsələsi isə açıq qalır. O, millidəki karyerasını bitirmək haqda düşünür. Hələ tam qərarını verməyib. İrana yollanacaq heyət üzvləri arasında onun adı olmayacaq. Ancaq Avropa çempionatının final mərhələsinə qədər Vitali ilə bir daha söhbət edəcəm. Onun həmin yarışda milliyə kömək etməsini istəyirəm.
 
- Bu günlərdə həvəskarlar arasında təşkil edilən Mini-Futbol Liqasının oyunlarını izlədiniz. Yarışla bağlı təəssüratlarınız necədi?
- Bu, daha çox kütləviliyə hesablanmış layihədi. İnsanların sağlam həyat tərzi keçirməsi üçün əla iş görülüb. Bir neçə oyunu izlədim və iştirakçıların istəkli, həvəsli olduqlarını müşahidə etdim. Maraqlı oyunlar keçirilir. Təbii ki, ora getməkdə məqsədimiz gənc və perspektiv vəd edən oyunçuları izləmək idi. Oradan əsas milliyə oyunçu götürməyimiz real deyil, amma U-17 yığması üçün futzalçı tapmaq mümkündü. Demirəm ki, gənclərin hamısını U-17-yə cəlb edəcəyik. Bizi cəlb edən, oyunu ilə seçilən futzalçılara qapımız açıq olacaq.
 
- Yeri gəlmişkən, U-17 yığması artıq Birinci Liqada çıxış edəcək. Bu komanda ilə bağlı planlarınızı bilmək olarmı?
- Əsas millinin baş məşqçisi olsam da, bu komandanı da nəzarətdə saxlayacam. Mütəmadi olaraq seçim aparılacaq. Xüsusilə də, məktəblərdə, universitetlərdə bu prosesi sürətləndirəcəyik. U-17 bizim üçün ehtiyat komanda olacaq. Əlbəttə, istərdik ki, seçimi 80-90 oyunçu arasından edək. Bu komandanın olması, liqada iştirak etməsi gənclər üçün də stimul olacaq. Fuad Rzayevə mütəmadi kömək edəcəyik. Komandanın Birinci Liqada iştirak edəcəyi isə müsbət məqamdı.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

Facebookdan bizi izləməyi unutmayın.
X