10:32 28.11.2017 2260

Mirça Luçesku azərbaycanlı jurnalistə zəng vurdu - Korrupsiya ittihamı

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku yenidən diqqət mərkəzindədi.

Yeni postunda uğursuz nəticəsələrlə tənqidlərə səbəb olan Mirçanın adı yeni qalmaqalda hallanır. Rumıniyalı mütəxəssis menecerlərlə əlbir olmaqda və onların istəyi ilə milliyə futbolçu çağırmaqda ittiham edilir.

Türkiyə mətbuatının bu mövzuda apardığı araşdırmaların əks-sədası artıq Rusiyaya və Rumıniyaya da gedib çatıb. Söhbət hazırda Hollandiyanın 2-ci divizion təmsilçisi "Dordrext”də forma geyinən Erol Alkandan gedir. Türkiyədə heç vaxt iddialı klubların diqqətini cəlb edə bilməyən müdafiəçi hazırda Hollandiyada gününü keçirir. Amma nədənsə bu futbolçu Mirçanın diqqətini cəlb edib və onun adı Rumıniya ilə oyuna hazırlaşan Türkiyə millisinə dəvət alan futbolçuların siyahısında olub. Amma Alkan meydana çıxmayıb.

Türkiyəli həmkarlarımız bu sirli dəvətin səbəbini araşdırıblar və belə nəticəyə gəliblər ki, Alkan Mətin Korkmaz və Özkan Doğan adlı menecerlərlə əməkdaşlıq edir. Bu menecerlərin həm milliyə, həm də Super Liqada çıxış edən klublara böyük təsir imkanları var. Onlar Alkanı milliyə dəvət etdirməyə nail olandan sonra onu elita təmsilçilərinin birinə gətirməyi, yaxşıca qazanmağı hədəfləyiblər.

Mətbuat konfransında bu barədə Luçeskuya sual verən jurnalisti millinin baş məşqçisi məhkəməyə verməklə hədələsə də, sonradan bu hədə reallaşmayıb. 

Hazırda Rusiyanın "Matç TV” kanalında şərhçilik edən və qonşu ölkənin mətbuatında müəllif yazıları ilə tanınan həmyerlimiz Elvin Kərimov da bu məsələni diqqətdə saxlayıb. Onun "Sports.ru” saytında dərc edilən "Erol Alkanın işi: Türkiyədə korrupsiya skandalında Luçeskunun adı hallanır” başlıqlı yazısı da böyük maraq doğurub. Məqalədə Türkiyə mətbuatında yazılanlar geniş işıqlandırılır, Mirçanın şübhəli davranışları şərh olunur.

Yazını səs-sədası Luçeskunun özünə qədər gedib çıxıb və rumıniyalı mütəxəssis həmyerlimizə zəng vurub. Bu barədə Elvin Kərimov özü şəxsi "Facebook" səhifəsində yazıb. Luçesku ilə sərt danışmadıqlarını vurğulayan Elvin söhbətin detallarını açıqlamayıb.(Sport7.az) 

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdi

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

Facebookdan bizi izləməyi unutmayın.
X