16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd və məşqçisi Etibar İbrahimov Almaniyaya yollanıblar. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, adıçəkilən mütəxəssislər konqresdə iştirak edirlər.
Belə ki, Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı ilə dünən Frankfurt şəhərində "İnternationalen Spielanalysekongress der DFB-Akademie” konqresi (AFİ Akademiyasının Beynəlxalq Oyun Analizi Konqresi) start götürüb. Vüqar Məmməd və Etibar İbrahimov da DFB-nin dəvətinə əsasən Almaniyaya yollanıblar.
Konqres bu gün başa çatacaq.
Fanat.Az