15:17 01.02.2018 1583

Millimizin üzvləri Fransanı dəyərləndirdi

Futzal üzrə Azərbaycan millisi sabah Avropa çempionatının final mərhələsində ilk oyununu keçirəcək. Fanat.Az Futzal Federasiyasının  mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamızın oyunçuları Fransa ilə qarşılaşma öncəsi fikirlərini bölüşüblər.

Vitali Borisov: "Oyunu canlı izlədik. Fransa yaxşı təşkilatlanmış komandadı. Oyun ərzində hesabda geri düşmədilər, üstünlüklərini sona yaxın əldən verdilər. Fərdi qabiliyyətlərinə görə seçilirlər, fiziki baxımdan isə çox güclüdülər. Bizi çətin oyun gözləyir. Ümumiyyətlə, Avropa çempionatının final mərhələsində asan oyun olmur. Meydana çıxanda heç nəyə düşünməməli, sona qədər mübarizə aparmalı, qələbə qazanmalıyıq. Təbii ki, diqqət etməli olduğumuz məqamlar var. Xüsusilə də, rəqibin atletik cəhətdən seçildiyini, əksər oyunçularının boy-buxunlu olduqlarını unutmamalıyıq. Oyunu 6-7 nəfərlə keçirdilər, buna baxmayaraq, İspaniya kimi rəqibin təzyiqinə dözdülər. Çox soyuqqanlıdılar, öz oyunlarını nümayiş etdirirlər. Bu sadaladıqlarıma baxmayaraq, özümüzə inanmalı, oyunumuz göstərməliyik. İspaniyanın da zəif çıxış etdiyini deməzdim. Onlar ənənəvi oyunlarını göstərməyə çalışırlar, qol epizodları da yaratdılar. Sadəcə, fransızlar onların tam rahat hərəkət etməsinə, istədiklərini reallaşdırmasına imkan vermirlər”.

Rizvan Fərzəliyev: "Fransa əsasən birə-bir oynamağa çalışdı. Oyun üslubları fərqlidi. Onlar fərdi deyil, hansısa epizod zamanı zonalı oyun tərzinə üstünlük verirlər. Amma bu o demək deyil ki, fərdi qabiliyyətlərindən rəqibini keçmək üçün istifadə etmirlər. Əksinə, fürsət yaxaladıqca, rəqibi tərkisilah etməyə çalışırlar. Həm də özlərindən o qədər əmindilər ki, həmin zonaya kimsə sığortalamaq üçün gəlmir. Qol vurduqları epizodlara gəldikdə, birinci qol zamanı bizim taktikaya yaxın hərəkət etdilər, pressinq tətbiq edib topu qazandılar və hesabı açdılar. Daha sonra birə-bir rəqibini keçib fərqləndilər. Buraxdıqları qollara gəldikdə, biz də bu cür vəziyyətlərdən yararlana bilərik. Artıq bu işdə "stolba”mızın üzərinə çox iş düşür. Çünki dərhal topu ona ötürməliyik. Həmin anda bir balaca fərdi üstünlük qazansa yaxınlığındakı komanda yoldaşına ötürmə edə və qol epizodu yarada bilərik. Ümumi götürdükdə, Fransa pis təsir bağışlamadı, sona qədər mübarizə apardılar. Əsas diqqət edəcəyimiz məqamlardan biri rəqibin müdafiədə yol verəcəyi səhvləri vaxtında dəyərləndirməklə bağlıdı. Artıq bunu taktiki tapşırıqlar əsasında edəcəyik”.

Emin Kürdov: "İki gündü Avropa çempionatının oyunlarını canlı izləyirik. Artıq görünən odur ki, hər kəs futzal oynamağı bacarır. Heç kim final mərhələsinə turist kimi gəlməyib. Fransa oyunu əsasən müdafidədən qurdu, rəqibin səhv etməsini gözlədi ki, bundan maksimum yararlandı. İspaniya ilə matçda bunun şahidi olduq. Kifayət qədər güclü rəqibdirlər. Avropa çempionatına iddialı gəliblər. Yaxşı hazırlıq keçiblər ki, İspaniya kimi güclü rəqibdən çəkinmədilər, əksinə, debüt ilində ilk matçını xalla qapadılar. Yəni layiqli mübarizə aparırlar. Qapıçı olduğuma görə, hücumçularının uzaq məsafədən təhlükəli zərbələr endirdiyini qeyd edə bilərəm. Kifayət qədər güclü hücumçuları var və "çərçivə”ni dəqiq görürlər. Abdessamad Mohammed, Landri Nqala təhlükəli hücumçulardır. Bizim üçün çətin qarşılaşma olacaq”.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X