Futzal üzrə Azərbaycan millisi "Bakı 2018” Türk Şurası Universitet İdman Oyunlarının qalibi olub.
Fanat.Az xəbər verir ki, Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv Türkiyə yığmasını 9:2 hesablı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 7-də Qazaxıstan, 9-da isə Qırğızıstan yığması ilə qarşılaşmalı idi. Lakin sözügedən kollektivlər yarışda iştirakdan imtina ediblər.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol