Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib.
Fanat.Az-ın məlumatına görə, "Qarabağ" klubunun müraciəti əsasında qarşılıqlı razılaşmaya uyğun olaraq komandanın üzvləri - İsmayıl İbrahimli və Hacıağa Hacılı hazırlıq prosesinə qatılmayıb.
Qeyd edək ki, fevralın 9-da start götürən U-21-in toplanışı 3 gün davam edəcək. Baş məşqçi Milan Obradoviç hazırlıq prosesinə 24 futbolçu dəvət edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol