16:14 30.09.2020 4954

Millimizin futbolçusu Qarabağdan danışmağa qorxdu

Azərbaycan milli komandasının futbolçusu, hazırda İspaniyada "Albasete” klubunda oynayan Eddi İsrafilov Daqlığ Qarabağda baş verən hadisələrə münasibət bildirməkdən imtina edib.

"Azerisport.com”un bununla əlaqədar hazırladığı yazıda qeyd edilib ki, saytın müxbiri cəbhədə baş verənlərin Avropadan necə görünməsi və futbolçunun bununla bağlı nə düşünməsi ilə əlaqədar E.İsrafilovla əlaqə saxlamaq istəyib. Eddinin adından saytın suallarına onun əslən Azərbaycandan olan anası İradə İsrafilova cavab verib. Cavab təəccüblü olub.

"Biz neytral ərazidə yaşayırıq və o, (Eddi İsrafilov – red.) siyasətə qarışmaq istəmir. Bundan başqa, bizim burada dostlarımız və tanışlarımız arasında çoxlu erməni də var. Biz burada hamımız münaqişəyə qarışmadan yaşayırıq. Öz aramızda danışırıq. Siyasi məsələlərə və problemlərə toxunmayacağıq. Özlüyümüzdə hər birimiz ölkəmizi dəstəkləyirik. Amma bu məsələni heç vaxt müzakirə etmirik. Nəyə görə Eddi bu haqda danışmalı və özünə problem yaratmalıdır? O, matçlara gedir, bütün İspaniyanı gəzir və bir gün bir erməni ilə yolu kəsişəcək. Eddi dedi ki, İnstaqramdakı səhifəsində orduya dəstək məqsədilə hansısa şəkilli bir söz paylaşacaq. Amma siyasətə dair heç bir müsahibə verməyəcək”.

Qeyd edək ki, Eddi 2015-ci ildən Azərbaycan millisinə cəlb olunub. Onun atası anqolalı, anası isə azərbaycanlıdır. Qeyri-rəsmi məlumata görə,  futbolçunun yığmamızda oynaması üçün AFFA tərəfindən yüzminlərlə avro pul xərclənib. Amma İsrafilovun millimizə heç vaxt faydası dəyməyib. Bir tək İsrafilova xərclənən pullarla Azərbaycanda bu gün vətəni üçün canından keçməyə hazır olan yeniyetmələrin timsalında neçə-neçə səviyyəli futbolçular yetişdirmək olardı. Bütün bunlara baxmayaraq, Eddi milliyə çağırılmaqda davam edib. Amma koronavirus pandemiyasına bəhanə edərək bu ilin sentyabrında Millətlər Liqasında millimizin oyunlarına gəlməkdən imtina edib (Dmitri Nazarov kimi). İndi isə o, formasını geyindıyi Azərbaycan millisinə, bu millinin təmsil etdiyi dövlətə, xalqa və orduya dəstək verməkdən imtina edib və xalqımızın bu çətin anlarında hətta ermənilərlə ailəvi dostluq etdiklərini açıq şəkildə etiraf edib.

Əslində Eddi kimilərinin Azərbaycana dönük çıxacağı təəccüblü də deyil. Çünki onun Azərbaycana bağlılığı sadəcə fakt olaraq mövcuddur: mənəvi olaraq isə bu futbolçunun bizə münasibəti hər zaman yalnız pulun üzərində qurulub. Amma təəccüblüdür ki, AFFA ondan heç vaxt əl çəkməyib və milliyə yararsız futbolçunu komandaya dəvət etməkdə davam edib. Ümid edək ki, federasiya Edddinin heç olmasa, vətənimizə, xalqımıza bu dönük və nankor münasibətindən sonra onun üçün milli komandanın qapılarını birdəfəlik bağlayacaq...
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

11:27

"O, Braziliya prezidentindən çox təzyiqlə üzləşsə də..."

11:08

Avropa Liqası: Azərbaycan millisi Rumıniya ilə üz-üzə

10:49

Oblak karyerasını İtaliya nəhəngində davam etdirə bilər - SON DURUM

10:11

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

DÇ-2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

22:55

"Liverpul" onu 80 milyon avroya transfer edə bilər

22:12

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

21:31

Amin Seydiyev karyerasını "Zirə"də davam etdirəcək

21:03

"Lill"in fransalı vingeri "Sabah"da

20:38

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

20:13

UEFA somalili hakimə belə dəstək oldu

19:38

Azərbaycan Badminton Federasiyası RBF-ni idman ləvazimatları ilə təmin etdi

19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

17:23

"Şamaxı" heyətinə daha bir futbolçu qatdı - RƏSMİ

17:18

İtaliya klubu baş məşqçisi ilə müqavilə yenilədi

16:51

İstanbul nəhəngi "Arsenal"ın vingerini istəyir - Maaşı açıqlandı

16:33

"Şəfa" loqosunu dəyişdi - FOTO

16:10

Premyer Liqa klubunu Çempionşipə salan məşqçi qovuldu

15:52

"Real Madrid" futbolçusunu İtaliya nəhənginə təklif etdi

15:36

İlham Yadullayev Bakı klubundan ayrılır? - Açıqlama

15:17

Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi

Facebookdan bizi izləməyi unutmayın.
X