19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız qrupda ikinci matçında İtaliyalı həmyaşıdları ilə qarşılaşıblar.
Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millmiz qrupun ilk oyununda Norveçə 0:7 hesabı ilə məğlub olub.