Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke 04”ün ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Proyssen Münster”ə 0:3 hesabıyla uduzub.
Rüfət meydana start "11-lik"də çıxıb və sonadək mübarizə aparıb.
“Şalke 2” bu nəticədən sonra 13 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.