Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında “Lvov”a 0:1 hesabıyla yenilib.
Start heyətdə yer alan Anatoli 57-ci dəqiqədə əvəzlənib.
12 turdan sonra 11 xalı olan “Kolos” çempionatın turnir cədvəlində 16 iştirakçı arasında 11-ci pillədə mövqe tutub. Kovalyovka kəndinin təmsilçisinin ehtiyatda da bir oyunu var.
Nihat