Anton Krivotsyuk Azərbaycan millisinə çağırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə müdafiəçinin çıxış etdiyi “Visla Plotsk” açıqlama yayıb.
Məlumatda deyilir: "Müdafiəçimiz Kiyevdə doğulsa da, 2019-cu ilin yazından Azərbaycanı beynəlxalq arenada təmsil edir. İndiyədək 22 görüş keçirib. Uzun müddətdir ki, müdafiənin mərkəzində və ya sol cinahda yer alır.
Bu dəfə o, Lüksemburqla seçmə və Qətərlə yoldaşlıq oyununa çağırılıb. Təəssüf ki, Azərbaycan böyük turnirin seçmə mərhələsində zəif çıxış edir. Yeddi oyunda yalnız İrlandiya ilə 1:1 hesablı heç-heçə edə biliblər. Bütün digər duellər məğlubiyyətlə başa çatıb. Bəlkə də indi dönüş etməyin vaxtıdır".
Qeyd edək ki, Lüksemburqla oyun noyabrın 11-də saat 21:00-da Bakı Olimpiya Stadionunda, Qətərlə qarşılaşma isə noyabrın 14-də eyni vaxtda "Bakcell Arena"da baş tutacaq.
Mirağa