Qətər yığmasının Serbiya və Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Feliks Sançes qarşıdakı matçlara 27 futbolçu çağırıb.
Qapıçılar: Saad əl-Şib, Meşaal Barşam (hər ikisi “Əl-Sədd”), Mahmud Abunada (“Əl-Arabi”), Salah Zakaria (“Əl-Duhail”);
Müdafiəçilər: Pedro Migel, Abdelkarim Hassan, Tarek Salman, Ahmed Suhail, Musab Xeder, Salem əl-Hacri (hamısı “Əl-Sədd”), Bassam əl-Ravi (“Əl-Duhail”), Tamim əl-Muhaza, Homam Ahmed (hər ikisi “Əl-Qarafa”);
Yarımmüdafiəçilər: Bualem Xuxi, Məhəmməd Vaad, Tarek Salman (hamısı “Əl-Sədd”), Assim Madibo, Karim Budiaf, İsmayıl Məhəmməd, Abdulla Əl Ahrak (hamısı “Əl-Duhail”), Ahmed Fathi (“Piramidz”, Misir), Abdulaziz Hatem (“Əl-Rayyan”), Xalid Munir (“Əl-Bakra”);
Hücumçular: Əkrəm Afif, Hassan əl-Haydos (“Əl-Sədd”), Məhəmməd Muntari, Almoez Əli (hər ikisi “Əl-Duhail”).
Qeyd edək ki, Dünya Çempionatına ev sahibliyi edəcək Qətər noyabrın 11-də Belqradda Serbiyanın, üç gün sonra isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.