Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Lüksemburqda baş tutacaq seçmə oyunları İngiltərə və Bosniya və Hersoqovinadan olan referilər idarə edəcək:
10 noyabr
Saat 21:00, Azərbaycan - Belçika
Hakimlər: Luka Bilbiya, Aleksandr Smilyaniç (hər ikisi Bosniya və Hersoqovina), Dani Dias Balsa, Sedrik Biever (hər ikisi Lüksemburq).
13 noyabr
Saat 21:00, Lüksemburq - Azərbaycan
Hakimlər: Devit Kut, Nik Xopton (hər ikisi İngiltərə), Dani Dias Balsa, Sedrik Biever (hər ikisi Lüksemburq).
16 noyabr
Saat 21:00, Lüksemburq - Azərbaycan
Hakimlər: Luka Bilbiya, Aleksandr Smilyanic (hər ikisi Bosniya və Hersoqovina), Qeret Cons, Robert Cenkins (hər ikisi Uels).