Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi “Hahdenhaym”ı qəbul edib. Futbolçumuzun komandası 2:0 hesablı qələbə qazanıb.
Nazarov meydana start "11-lik"də çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Auelilərin 45-ci dəqiqədə vurduğu ikinci qolun məhsuldar ötürməsini Dmitri verib. i
13 tura 11 xal toplamış “Ersgebirge” turnir cədvəlində 18 kollektiv arasında 17-ci pillədədir.
Nihat