Almaniyanın Qərb Regional Liqasında 15-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasının geyindiyi "Şalke 04"ün 2-ci komandası da növbəti matçına çıxıb.
Rüfətin komandası səfərdə "Bonner"ə 3:4 hesabıyla uduzub. Yığmamızın forvardı "Şalke 2"nin 3-cü qoluna imza atıb. Bu, Dadaşovun indiki komandasında ümumilikdə 4-cü qolu olub.
Nihat