Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Canni De Byazinin komandası Qətər yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda baş tutan görüş saat 21:00-da başlayıb. Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edib. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunu olub.
Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.
Beynəlxalq yoldaşlıq oyunu
14 noyabr
Azərbaycan - Qətər 2:2
Qollar: Mahmudov, 36, 67 - Almoez, 23, 78.
Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)
Dördüncü hakim: Elçin Məsiyev
Bakı Olimpiya Stadionu.
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Höccət Haqverdi.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namiq Ələsgərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Abbas Hüseynov, 16. Coşqun Diniyev, 17. Araz Abdullayev, 20. Mert Çelik, 22. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Canni De Byazi.
Qətər: 22. Meşaal Barşam, 3. Abdelkarim Hassan, 4. Məhəmməd Əl Bayati, 5. Tarek Salman, 6. Abdulaziz Hatim (k), 7. Ahmed Alaaeldin, 12. Kərim Budiaf, 13. Mosaab Xıdır, 16. Bualem Xouxi, 19. Ali Almoez, 23. Assim Madibo.
Ehtiyat oyunçular: 1. Saad Al Şeeb, 21. Yousef Hassan Məhəmməd Ali, 2. Xalid Muneer, 8. Ali Assadalla, 9. Məhəmməd Muntari, 10. Yusuf Abdurisaq, 11. Akram Afif, 14. Homam Elamin, 15. Yassem Abdulsallam, 17. İsmail Məhəmməd, 18. Sultan Hussain Al Braik, 20. Naif Al Hadhrami.
Baş məşqçi: Feliks Sançes.