15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası baş məşqçisiz qalıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Fərrux İsmayılov millidən ayrılıb.
Noyabrın 22-28-i aralığında Qəbələdə təlim-məşq toplanışında olan U-15-in üzvləri ilə görüşən gənc mütəxəssis onlarla sonuncu dəfə bir yerdə olduğunu elan edib.
Yeniyetmələrdən ibarət yığmadan ayrılmasına baxmayaraq, Fərrux İsmayılov AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi postunda işini davam etdirəcək. Əldə etdiyimiz məlumata görə, U-15-ə baş məşqçi təyinatı yanvarda reallaşacaq.
Mirağa