Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda millimizin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar açıqlanıb.
İtaliyalı mütəxəssis 2022-ci ildə Millətlər Liqasındakı oyunların sonuna qədər postunda qalacaq.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustundan millimizi çalışdırır. Onun yığmamızla müqaviləsi noyabrın 30-u başa çatmışdı.