01:05 26.03.2022 1797

Yenə də canınız sağ olsun

Nihat Ağasoy

İstəməzdim Malta ilə oyundan sonra emosianal yazı yazım. Bu yazının üslub baxımından "şikəst" görünməsini isə heç istəməzdim. Amma cırtdan ölkələrdən birinin - cəmi 316 kvadrat kilometr ərazisi olan Maltanın önündə başsız atlını xatırladan komandanın "sürünməsini" izləyən idman yazarının cızma-qarasına üslub tapması da müşkül məsələdir...

Azərbaycan seçməsinin "sükanı arxası"nda özünü biabır etməklə məşğul olan Canni De Byazinin zəif məşqçi olmasından, Eddi İsrafilovun, Dmitri Nazarovun yenidən yığmaya çağırılmasından söhbət açmaq uzunçuluq olar. Maltadakı 0:1-i sırf idman prizmasından təhlil etmək çabası isə ümumiyyətlə, atı qoyub çula döymək sayılar. 

Bəlli olan budu ki, o rəzalətin, o məzhəkənin, o qeyri-peşəkar görüntülərin adı futbol deyildi. Start "11-lik" bərbad, uzun fasilədən sonra heyətə qaytarılan "kitayski" azərbaycanlıların performansı gülünc, xətlərarası anlaşma iflic vəziyyətində... 

Hə, Avropa standartları ilə yanaşsaq bizdə heç orta səviyyəyə yaxın futbolçu da yoxdu. Amma bu matçda gülüş obyekti olmamaq üçün heç orta səviyyəli oyunçuların xəyallarını qurmağa da dəyməzdi. İstənilən halda Maltadı də... Sıralarındakı futbolçuların əksəriyyəti daxili çempionatda başını qatan köhnə tanış... Qarşılaşmanın statusu fərq etmir, bu "çəki"də rəqiblə bacarmırsansa, sadə məntiqlə, "cırtdan"dan da cırtdansan.

Gülsək nə, ağlasaq nə? Nə yazıq ki, bu qara yumora biganə qalmaq da olmur. Biveclikdən bir az xəyanət, bir az da şərəfsizlik qoxusu gəlir axı... Ağzına kilid vurulmayan media mənsubu necə o qoxulara bulaşsın? Deyilmi? 

Hə, bəzi "qaquliklər" olanı yazmağa hərtərəfli haqqı çatan qələm (əslində klaviatura) əhlini "qərəzli jurnalist" adlandırmağa özündə cəsarət tapa bilər. Ancaq bu gün sözünü güzəranından yuxarıda tutanlarla futbol proletariatının problemi yoxdu. Əksinə, orda-burda qarşılaşanda dərdləşir, əyriyə "əyri" deyənlərə ürək çırpıntılarını adətən emosianallıqla bölüşürlər. Bir sözlə, bizdən yox, sizi qınayır, bizi yox, sizi söyürlər... Hər biabırçı çıxışının ardından sosial şəbəkələrdə mövcud vəziyyətlə barışmayanlar alov püskürür. Yapan kim, yağlayan kim... Meydandakı futbolçuları, De Byazini, millinin bu günə düşməsində az-çıx günahı olanları söyürlər.

Futbol, peşəkar jurnalistika öz yerində, bir azərbaycanlı kimi söyüşün nə demək olduğunu iliklərimə qədər anlayıram. Özümü tanıyandan istənilən mühitdə söyüş işlətməyin əleyhinəyəm. Ən emosianal anlarda belə, birinin başqasını təhqir etməsinə qarşıyam. Amma, lakin, fəqət hamınızı söyürlər. 

Pis olan budu ki, böyük silkələnmə baş vermədən, AFFA-nın çoxdan hamilə olduğu yenidənqurma reallaşmadan nəyisə dəyişə biləcəyinizə inanmıram. Amma bir birinizi görəndə "bu nə vəziyyətdi, bizi hər yerdə söyürlər" demirsinizsə, heç olmasa hərdən öz aranızda belə səmimi ortam yaratmağa çalışın. Bəlkə faydası oldu. Olmasa da, yenə canınız sağ olsun.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X