Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi yığma 1/4-də yarışa ev sahibliyi edən Slovakiya ilə qarşılaşıb.
Millimiz rəqibini Elvin Əlizadənin 42-ci dəqiqədə penaltidən vurduğu qolla 1:0 hesabı ilə yenərək yarımfinala adlayıb. Futbolçularımız son iki dəqiqəni azlıqda mübarizə aparmalı olub. Vüsal İsayev birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Finala gedən yolda son rəqib Qazaxıstan millisi olacaq.
Mirağa