Azərbaycanı EMF Çempionlar Liqasında təmsil edən “Beerbaşa” komandası sözügedən yarışda növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, B qrupunun ikinci turu çərçivəsində Bolqarıstan təmsilçisi “DXC Technology” ilə qarşılaşan minifutbolçularımız rəqibini 5:1 hesabıyla məğlub edib.
Bununla da "Beerbaşa" komandası avrokuboklarda qələbə və ilk xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tariximizə yazdırıb.
Qeyd edək ki, "Beerbaşa" Monteneqroda keçirilən ÇL-in ilk turunda Çexiya təmsilçisi "La Plata"ya 1:2 hesabı ilə uduzub.