Minifutbol üzrə Azərbaycan təmsilçisi "Beerbaşa" komandası EMF Çempionlar Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, "Beerbaşa" Rumıniyanın AEK (Oradya) komandasını 4:0 hesabı ilə məğlub edib.
Bununla da Azərbaycan çempionu ÇL-də 6 xalla B qrupunun lideri olub.
Qeyd edək ki, "Beerbaşa" ilk turda Çexiyanın "La Plate de Kunde" komandasına 1:2 uduzub. Azərbaycan çempionu daha sonra Bolqarıstanın "DXC Texnoloci" komandasını 5:1 hesabı ilə məğlub edib.