UFC 291 turniri çərçivəsində Castin Qetji ilə üz-üzə üz-üzə gələcək Dastin Porye rəqibinin ona hansı halda qalib gələ bləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "New York Post" onun dediklərini belə çatdırıb:
"Döyüş asta tempdə keçsə, texniki bacarıqlar ön plana çıxsa, qalib gələcəyəm. O, məni yalnız it kimi boğuşaraq yenə bilər. Yeganə şansı budur. Texnikaya üstünlük versə, oktaqonda mən parlayacağam".
Qeyd edək ki, iyulun 29-dan 30-na keçən gecə Solt Leyk Sitidə (Yuta, ABŞ) baş tutacaq Qetji - Porye qarşılaşması UFC 291-in əsas döyüşü olacaq. Tərəflər bunadək 2018-ci ilin yazında güclərini sınayıblar. Həmin döyüşün 4-cü dəqiqəsində Porye texniki nokautla qalib gəlib.
Nihat