Rusiyanın Federal Vergi Xidməti məşhur MMA döyüşçüsü Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı "Mash" yayıb.
Xəbərə görə, yüngül çəkidə sabiq UFC çempionunun 297 milyon rubl borcu var.
Daha əvvəl Federal Vergi Xidməti Nurməhəmmədova məxsus bir neçə şirkəti bağlayıb.
Qeyd edək ki, çıxdığı 29 MMA döyüşündə 29 qələbə qazanıb. Bunlardan 13-ü UFC liqası çərçivəsaində baş tutub.
Nihat