42 yaşlı MMA veteranı – italiyalı Kristian Binda koronavirusa yoluxduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb:
"Salam, uşaqlar. Bunu sizə indi, özümü yaxşı hiss etdiyim vaxtda danışmaq istədim. Doqquz gün sürən dəhşətli titrətmə və öskürəkdən sonra nəfəs ala bilmədiyimi başa düşdüm.Təslim olmaq məcburiyyətində qaldım. Koronavirusa yoluxmuşam, pnevmoniyadan əziyyət çəkirəm. Bilirəm, mənə görə narahatsız, halımı soruşmaq üçün yazırsız. Ancaq xahiş edirəm, çox yorğun olduğumu nəzərə alın. Koronavirusun zarafat olmadığını unutmayın! Evdə qalın. Bütün gecəni reanimasiyada cəhənnəm əzabı çəkmişəm. Indi dincəlməliyəm. Sonda qürur mənbəyimiz olan həkimlərimizə minnətdarlığımı bildirirəm”.
Fanat.Az