Azərbaycanın qadın MMA döyüşçüsü Gözəl Zutova iyun ayının 27-də İstanbulda keçirilən Qran Pridə iştirak edəcək.
Bu barədə Fanat.Az-a güləşçi özü məlumat verib.
36 yaşlı idmançı kəmər uğrunda döyüşdə türkiyəli idmançı Ayşe Taş ilə qarşılaşacaq.
"Yarışa hazırlaşıram. Rəqibim Türkiyədə sevilib seçilən idmançı Ayşe Taş olacaq. O, Türkiyədə bir nömrədir. Hədəfim ona qalib gəlməkdir. Güləş üzrə lisenziya yarışında dizimdən zədə almışam. Yarışa qədər zədəmin tam sağalmasını gözləyirəm", deyə Zutova bildirib.
Röya