MMA döyüşçüsü Həbib Nurməhəmmədov haqqında təhqiramiz mahnı yayımlayıb - VİDEO
Qarışıq döyüş sənətçisi, "Anubis" ləqəbli Dmitri Kuznetsov UFC çempionu Həbib Nurməhəmmədov haqqında "Riyakarlıq kralı" adlı diss treki buraxıb. Mahnı Kuznetsovun kanalında yayımlanıb.
Fanat.Az Championat.com-a istinadən xəbər verir ki, rus döyüşçü Həbibi ikiüzlülükdə günahlandırıb və onun sadəcə komandasının üzvlərinə güvənərək cəsur addımlar atdığını bildirib. Nurməhəmmədovu seksizmdə ittiham edən Kuznetsov, Yeqor Kridin Dağıstandakı konsertinin ləğvini xatırladaraq onun fərqli musiqi növlərinə qarşı pis münasibətinə də diqqət çəkib.
Kuznetsov peşəkar qarışıq döyüş sənətində keçirdiyi 17 döyüşün 11-dən qalib ayrılıb.
Qeyd edək ki, Həbib növbəti döyüşünü 18 apreldə Toni Ferqyusona qarşı keçirilməli idi. Lakin o, koronavirus pandemiyası səbəbindən mübarizədən imtina etmişdi.