Rusiyalı MMA döyüşçüsü Vyaçeslav Datsik cəzası başa çatana qədər həbsxanada qalacaq.
Fanat.Az xəbər verir ki, idmançının vəkilinin səylərinə baxmayaraq Leninqrad vuilayətinin Tosno rayonunun məhkəməsi şikayəti rədd edib.
Datsik 2019-cu ilin dekabrında Rusiyanın Estoniya ilə olan sərhəddində tutulub. Dmitri adlı dostu ilə birlikdə eston sərhədçilər tərəfindən aşkarlanan idmançı ölkəsinə verilib. Təcridxanada saxlanılan Vyaçeslav bu ayın 2-də 1 illik azadlıqdan məhrum edilib. Qərarın oktyabrın 13-də qüvvəyə minəcəyini bilən döyüşçü məhkəmənin qərarından şikayət edib.
Fanat.Az