MMA döyüşçüsü Atena Martines dəhşətli hadisənin qurbanı olub.
Fanat.Az xəbər verir ki, xanım idmançı həmkarlarının əzələ ağrılarını azaltmaq üçün tez-tez istifadə etdiyi və tempraturun mənfi 200 dərəcəyə qədər endiyi "Cryotherapy" cihazına girib. 29 yaşlı idmançı cihazın içərisində qalmalı olduğu vaxtdan 2 dəfə artıq qaldığı üçün ayaqlarında dərin yanıqlar əmələ gəlib.
Dəhşətli ağrılar yaşayan Martines xəstəxanaya yerləşdirilib. Sağ ayağında 50, sol ayağında 20 faiz yanıq əmələ gələn idmançının ayaqları kəsilib. Əməliyyat uburlu keçib.
Haadisə Martinesin vətəndaşı olmadığı Avstraliyada baş verdiyindən sığorta şirkəti əməliyyat xərclərini ödəməkdən imtina edib. Bu səbəbdən idmançı sosial media vasitəsi ilə yardım istəyib.