Yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədov veteran döyüşçü olan qohumuna - "Eagle FC"nın prezidenti Şamil Zavurov və UFC prezidenti Dana Uaytla zarafatlaşıb.
Fanat.Az "Sport-ekspress"ə istinadən xəbər verir ki, dağıstanlı idmançı Zavurovla Uaytı bir-biriylə döyüşməyə səsləyib:
"İndiyədək liqa prezidentlərinin döyüşün nə demək olduğunu oktaqonda yoxladığını görmüsünüz? Qoy Uayt bunu çağırış kimi qəbul etsin. Çıxıb Şamillə döyüşsün. Bu, Zavurov üçün maraqlı vida döyüşü olar, deyilmi?"
Atilla

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol