Azərbaycan kikboksçusu, Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, "Dinamo" İdman Cəmiyyətinin baş inspektoru Eduard Məmmədov İtaliyada veteranlar arasında keçirilən WAKO versiyası üzrə dünya çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda ukraynalı Artyom Kaşkurtsevi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, 43 yaşlı kikboksçunun WAKO versiya üzrə 6-cı, ümumilikdə isə 26-cı dünya çempionluğu olub.
44 günlük Vətən müharibəsindən sonra qatıldığı ilk yarışda çempion olan Məmmədov qələbəsini şəhidlərin ruhuna həsr etdiyini bildirib.