29 yaşlı azərbaycanlı döyüşçü Rafael Fiziyev "UFC Vegas 58" turnirinin əsas qarşılaşmasında sabiq çempion Rafael dos Anyos üzərində nokautla qazandığı qələbədən sonra ispaniyalı tennisçi Rafael Nadala mesaj göndərib.
Fanat.Az xəbər verir ki, Fiziyev döyüşdən sonra belə deyib:
"İndi idmanın ən yaxşı Rafasının kim olduğunu dəqiqləşdirmək lazımdır. Rafael Nadal, mən onu əzişdirə bilərəm".
Qeyd edək ki, bu qarşılaşma daha öncə Qırğızıstanı təmsil edən Fiziyevin Azərbaycan təmsilçisi qismində ilk döyüşü olub.
Nihat