Azərbaycan Basketbol Liqasında 8-ci turun oyunları bu gün davam etdiriləcək.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə bir oyun baş tutacaq: “Zirvə” Astarada “Sabah”ı qəbul edəcək.
ABL matçı ilk dəfə Astarada keçiriləcək.
15:00 "Zirvə Astara" - "Sabah"
Turun daha bir oyunu sabah baş tutacaq
15:00 "Olimpiya Şəki" – "Gəncə"
Qeyd edək ki, daha əvvəl turun iki oyunu baş tutub: "Sərhədçi" NTD-ni 93:92, "AAAF Xırdalan" "Neftçi"ni
83:68 hesabıyla məğlub edib.