Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Dieqo Maradonanın nəticəsini təkrarlayıb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı forvard buna DÇ-2022-nin 1/8 finalı çərçivəsində keçirilən matçda - İsveçrə ilə oyunda (6:1) meydana çıxaraq nail olub.
73-cü dəqiqədə döyüşə atılan təcrübəli ulduz mundiallarda oyun sayını 21-ə yüksəldib. Beləliklə o, DÇ-lərdə bu sayda görüşdə forma şansı qazanan Maradonaya, eləcə də Uve Zeeler (AFR) və Vladislav Jmudaya çatıb.
Qeyd edək ki, dünya birinciliklərində daha çox oynamış 4 futbolçu var. Lotar Mateus 25, Miroslav Kloze 24, Paolo Maldini və Lionel Messi isə DÇ-lərdə hərəyə 23 matç keçiriblər.
Nihat