Bu gün Azərbaycan Basketbol Liqasında 10-cu turun oyunları davam etdiriləcək.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Neftçi” “Sabah”la, daha sonra isə “AAAF Xırdalan” “Gəncə” ilə qarşılaşacaq. Hər iki oyun Bakıdakı “Sərhədçi İdman Mərkəzi"ndə keçiriləcək.
17:30 "Neftçi" - "Sabah"
20:00 "AAAF Xırdalan" - "Gəncə"
Qeyd edək ki, turun ilk oyununda "Sərhədçi” “Olimpik Şəki"ni yenib - 99:80. Yekun görüş isə sabah Astarada baş tutacaq. Orada yerli "Zirvə" NTD-ni qəbul edəcək.