Futbol üzrə Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniyaya qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qarşılaşma Tallindəki 14 336 azarkeş tutumuna malik "Le Kok Arena"da baş tutacaq.
Bu barədə Estoniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Estoniya – Azərbaycan matçı 2023-cü il oktyabrın 13-də keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Xatırladaq ki, F qrupunda Azərbaycan və Estoniya yığmaları ilə yanaşı, Belçika, İsveç və Avstriya kollektivləri də yer alıb. Canni de Byazinin rəhbərlik etdiyi milli komanda qrupda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.