Bu gün Azərbaycan Basketbol Liqasında XI turun oyunları davam etdiriləcək.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma keçiriləcək. "Sərhədçi" İdman Mərkəzində ilk olaraq “AAAF Xırdalan” və NTD üz-üzə gələcək. Bundan sonra isə meydan “Sərhədçi” ilə "Zirvə Astara" komandalarının ixtiyarına veriləcək.
17:30. "AAAF Xırdalan" - NTD
20:00. "Sərhədçi" – "Zirvə Astara"
Turun daha bir oyunu isə sabah Şəkidə keçiriləcək.
15:00. "Olimpik Şəki" – "Neftçi"
Qeyd edək ki, daha əvvəl turun bir oyunu keçirilib: “Gəncə” – “Sabah” – 73:81.