
Azərbaycanın 3 cüdoçusu ili dünya reytinqinin ilk "üçlüy"ündə tamamlayıb.
Fanat.Az xəbər verir ki, Hidayət Heydərov (73 kq) 6070 xalla 2-ci, Səid Mollayi (81 kq) 5924, Zelim Kotsoyev (100 kq) isə 5321 xalla üçüncü pillədə yer alıblar.
Balabəy Ağayev (60 kq) 3902 xalla 4-cü, Məmmədəli Mehdiyev (90) 4251 xal 6-cı yerdə qərarlaşıb.
Digər cüdoçulardan Kəramət Hüseynov 3075,
Orxan Səfərov (66 kq) 2951 xalla 10-cu yerdə gedir. Uşanqi Kokauri (+100 kq) 12-ci, Yaşar Nəcəfov (66 kq) və Elmar Qasımov (100 kq) 18-ci, Rüstəm Orucov (73 kq) 21-ci sırada yer alıb.
Qadınlardan isə ən yaxşı göstəriciyə Leyla Əliyeva malikdir. 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı reytinqin 34-cüsüdür.