14:01 07.01.2023 587

Millinin baş məşqçisi: "Seleksiya işlərimiz davam edir"

Yanvarın 5-dən etibarən təlim-məşq toplanışa başlayan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi məşqlərini gündə 2 dəfə olmaqla həyata keçirir.

Fanat.Az xəbər verir ki, komandanın hazırlığı ilə bağlı baş məşqçi Ağatahir Əzimov azfutzal.az-a bunları deyib:

“10 günlük toplanış müddətində əvvəlcədən də planlaşdırdığımız kimi, fiziki hazırlığa daha çox yer ayırmışıq. Əsas millinin və “Araz-Naxçıvan” klubunun fiziki hazırlıq üzrə məşqçisi Cordan da bu işdə bizə kömək edir. Əsasən zal şəraitində hazırlıq keçirik. Məşqçinin tövsiyəsi ilə elə təmrinlər, tapşırıqlar verilir ki, oyunçular bir qədər güc toplasınlar. Hazırlıq prosesinin gedişi də göstərir ki, buna ehtiyac var, uşaqlar fiziki güc baxımından çox zəifdirlər. Məşqlərdən sonra əzələləri ağrıyır, əksəriyyəti elə bilir zədə alıb. Çalışırıq ki, bu toplanışda uşaqlar fiziki güc baxımından artırsınlar. Oyunçunun gücü olduqdan sonra digər tapşırıqların icrası çətinlik yaratmayacaq”.

Baş məşqçi hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığın planlarına heç bir təsirinin olmayacağını bildirdi: “Cordan məşqləri idman və fitnes zalında keçir. Onlar da qapalı olduğuna görə, narahat olmağa ehtiyac yoxdur. Əslində, mən fikirləşirdim ki, fiziki hazırlıq üzrə tapşırıqları stadionda keçərik, lakin məşqçimizin metodu fərqli olduğuna görə, buna lüzum olmadı”.

A.Əzimov hansısa səbəbdən nəzərdə tutduğu oyunçulardan kənarda qalan olmadığını da açıqladı: “18 futzalçını cəlb etmişik. Seçim bununla yekunlaşmır. Seleksiya işlərimiz davam edir. Daha güclü oyunçu tapsaq, cəlb edəcəyik. Hələlik əlimizdə olanlar arasında ən yaxşıları seçmişik. Nəzərdə tutduğum oyunçular arasında hansısa səbəbdən kənarda qalanı olmayıb”.

Mütəxəssis arxada qalan 3 günlük məşq prosesini də dəyərləndirib: “Uşaqlara yükləmələr verilir. Əzələləri ağrısa da, bu, normal prosesdir. Çünki əksəriyyəti karyerasında ilk dəfədir ki, təlim-məşq toplanışında iştirak edir. Ona görə çətinlik çəkirlər. Tədricən hər şey qaydasına düşəcək”.

Baş məşqçi Avropa çempionatı öncəsi daha bir toplanışın təşkil olunacağını, mart ayında baş tutacaq həmin hazırlıq proses zamanı yoldaşlıq oyunları keçirməyi də nəzərdə tutduqlarını vurğuladı.

Qeyd edək ki, millimiz Avropa çempionatının əsas mərhələsi çərçivəsində Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda mübarizə aparacaq. Oyunlar martın 21-dən 26-dək Bosniya və Herseqovinada keçiriləcək və yalnız qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
22:41

Mehin MirzəbalayevaFransada qızıl medal qazanıb

22:09

MPL: "Kəpəz" "Turan"ı yendi, "Zirə" 3 xalı bir qolla götürdü

21:39

"Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim"

21:15

"Bu matçda daha yaxşı oynadıq" - Kurban Bedıyev

20:53

"Everton"un gənc ulduzu komandasını dəyişir

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

Facebookdan bizi izləməyi unutmayın.
X