09:30 08.01.2023 373

"Bu mövsüm kubok bizim olacaq" - "Neftçi"nin futbolçusu

“Neftçi”nin 20 yaşlı yarımmüdafiəçisi Fərid Yusiflinin klubun rəsmi saytına müsahibəsi

– Mövsümün gedişində zədələnib bir müddət yaşıl meydanlardan kənarda qalmışdın. Budəfəki zədə əməliyyat olunmağına səbəb oldu. Əməliyyatdan sonra özünü necə hiss edirsən?
– Açığı, zədələnməzdən əvvəl özümü çox yaxşı, formada hiss edirdim. Amma elə oldu ki, zədələndim. Əməliyyat olunmaq seçimlərdən biri idi. Lakin həkimlərin məsləhəti ilə əvvəlcə hərəkətlərlə bərpa etməyə çalışdıq. Alınmadı deyə, əməliyyat olundum. Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Ağrılarım yoxdur. Sadəcə, fərdi məşqlərə başlamaq üçün bir az zamana ehtiyac var.

– Bu mövsüm zədədən əziyyət çəksən də, artıq 14 oyunda meydana çıxmaqla ötənmövsümkü göstəricini yaxşılaşdırmısan. Bu haqda nə deyə bilərsən?
– Bu mövsüm 14 matçda meydana çıxsam da, keçən mövsüm ilk “11-lik”də daha çox yer alırdım. Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir. İnşallah, bərpa olunandan sonra start heyətinə düşmək üçün daha çox çalışacağam.

– Səninlə yanaşı, “Neftçi”nin yetirmələrindən İsmayıl Zülfüqarlı da tez-tez heyətdə yer alır. Bundan əlavə, bu mövsüm 4 yetirməmiz – Əlirza Müştəbazadə, Rza Cəfərov, Ağadadaş Salyanski və Ömər Qurbanov da əsas komandada debüt etməyə imkan tapıblar...
– “Neftçi”nin yetirmələrinin əsas komandada debüt etmələri xoş haldır. Çünki “Neftçi” daim nəticə üçün çalışan klubdur. Gənclərə üstünlük verilməyi akademiyada oynayan futbolçulara da motivasiya olur.

– “Neftçi” hazırda təlim-məşq toplanışındadır. Bu müddətdə komandadan uzaqda qalmaq yəqin ki, sənin üçün çox çətin olar...
– Təbii ki, elədir. Komandam hazırda toplanışdadır, mən isə heç fərdi məşqlərə də başlamamışam. Çox çətindir. İnşallah, ən tez zamanda sağalıb komandaya qoşulmağı arzulayıram.

Necə düşünürsən, Azərbaycan Kubokunda yarımfinala yüksələn komandamız mövsümü titulla başa vura biləcəkmi?
– Kubokda “Zirə” ilə gərgin oyunumuz oldu. Şükür Allaha ki, bu çətin sınaqdan biz qalib ayrıldıq. Hazırda komandamız daha da motivasiyalıdır. Fikrimcə, bu mövsüm Azərbaycan Kuboku bizim olacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
14:57

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

Facebookdan bizi izləməyi unutmayın.
X