Moskvada azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə “Chess Stars” turniri davam edir.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeysterimizlə yanaşı, yarışda Sergey Karyakin, Aleksandr Qrişuk, Sanan Syugirov, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), Raunak Sadvani (Hindistan) və Bibisara Assaubayeva (Qazaxıstan) çıxış edirlər.
Ötən gün rapid üzrə daha üç tur keçirilib. Rəcəbov bütün görüşlərini heç-heçə ilə başa vurub.
IV tur: Teymur Rəcəbov - Vladislav Artemyev 0,5:0,5
V tur: Bibisara Assaubayeva - Teymur Rəcəbov 0,5:0,5
VI tur: Teymur Rəcəbov - Sanan Syugirov 0,5:0,5
Bu nəticələrdən sonra 2,5 xalı olan Teymur turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Artemyev və Sadvani hərəyə 4,5 xalla ilk iki pilləni bölüşürlər.