Moskvada azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə “Chess Stars” turniri davam edir.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeysterimizlə yanaşı, yarışda Sergey Karyakin, Aleksandr Qrişuk, Sanan Syugirov, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), Raunak Sadvani (Hindistan) və Bibisara Assaubayeva (Qazaxıstan) çıxış edirlər.
Bu gün daha üç turun görüşləri ilə turnirin rapid bölümünə yekun vurulacaq.
VII tur: Katerina Laqno - Teymur Rəcəbov
VIII tur: Aleksandr Qrişuk - Teymur Rəcəbov
IX tur: Teymur Rəcəbov - Aleksandra Qoryaçkina
Hazırda 2,5 xalı olan Teymur turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Artemyev və Sadvani hərəyə 4,5 xalla ilk iki pilləni bölüşürlər.